Əsas Səhifə > Güney Press > “Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub”

“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub”


Bu gün, 10:44
“Azərbaycanda iqtidar-müxalifət münasibətləri yüksək səviyyədə qurulub”
“Demokratik dəyərlərə söykənən Azərbaycan dövləti milli həmrəyliyi sağlam siyasi mühiti özündə ehtiva edən münasibətlər sistemini formalaşdırır”.

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib. O vurğulayıb ki, siyasi dialoq və onun həyata keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir:

“Siyasi partiyaların aktiv fəaliyyəti üçün çoxpartiyalı sistemin formalaşması və iqtidar-müxalifət əməkdaşlığının ciddi təməl üzərində qurulması cəmiyyətin demokratik dəyərlərə söykənməsinin göstəricisidir. Ölkə Prezidenti cənab İlham Əliyevin sistemli və çoxşaxəli islahatları ölkədə sağlam iqtidar-müxalifət münasibətlərini, yeni siyasi konfiqurasiyanın formalaşmasını, siyasi partiyalarla işin yüksək səviyyədə qurulmasını təmin edib”.

Deputat qeyd edib ki, dövlət siyasi partiyalara xüsusi diqqət göstərir:

“Siyasi sistemimizdə partiyaların fəaliyyətinin tənzimlənməsinə, onların ictimai-siyasi proseslərdə fəallığının artırılmasına xidmət edən “Siyasi partiyalar haqqında” Qanunun qəbulu mühüm hadisə kimi qiymətləndirilməlidir. Həmçinin, həm parlament seçkilərində iştirak edən, həm də uğur qazanıb mandat əldə edən partiyalara dövlət büdcəsindən ayrılan vəsait onların fəaliyyətinin güclənməsinə geniş imkanlar açır. Bütün bunlar dövlətinin partiyalara diqqətinin təzahürüdür”.

Geri qayıt