Əsas Səhifə > Güney Press > Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı

Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı


Bu gün, 10:27
Azərbaycanda məşhur karqo şirkətinin xüsusi lisenziyası yoxa çıxdı
“Araz Karqo” MMC-nin lisenziyası yoxa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, kaqro şirkətinin bu mühüm sənədinin hansı şəraitdə itdiyi məlum deyil.

Şirkətə 2021-ci ilin aprelin 19-da verilmiş XL-003 nömrəli xüsusi lisenziya itdiyindən etibarsız sayılır.

Xatırladaq ki, “Araz Karqo” 2008-ci ildən fəaliyyət göstərir və hər növ yüklərin xarici ölkələrdən Azərbaycana və Azərbaycan daxilində Naxçıvan və Bakıya çatdırılması ilə məşğuldur. Türkiyənin bir neçə şəhərində ofisləri mövcuddur.

Geri qayıt