Əsas Səhifə > Güney Press > Tərtər rayonunda pambıq yığımına start verilib

Tərtər rayonunda pambıq yığımına start verilib


Bu gün, 10:19
Tərtər rayonunda pambıq yığımına start verilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüsənli
kəndində fermer Firuz Rzayevin pambıq tarlasına baxış keçirib, fermerə xeyir-
dua verib.
Qeyd edək ki, ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı
tövsiyyələrinə uyğun olaraq bu il Tərtər rayonunda pambıqçılıqla məşğul olan
fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2436,5 hektar sahədə pambıq
əkilib.
Bunun da 1195,1 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 827,4 hektarı
“Azərpambıq” MMC və 414,0 hektarı isə digər şirkət ilə bağlanmış müqavilələr
əsasında həyata keçirilir. Artıq bir neçə gündür ki, sahələrdən məhsulun
toplanmasına başlanılıb. Bu günə kimi 149,40 ton məhsul toplanaraq təhvil
verilib.
Pambıq yığımı ilə əlaqədar mövcud kombaynlara texniki baxış keçirilib, nasaz
vəziyyətdə olan texnikaların təmiri işləri başa çatdırılıb.
Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin
dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası
yaradılıb.
Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında
yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.
Məhsul yığımında hər bir pambıqçıya uğurlar arzulayırıq!

"DİA-AZ"

Tərtər rayonunda pambıq yığımına start verilib
Tərtər rayonunda pambıq yığımına start verilib
Tərtər rayonunda pambıq yığımına start verilib
Tərtər rayonunda pambıq yığımına start verilib

Geri qayıt