Əsas Səhifə > Güney Press > Əmək müqaviləsinin müddətli bağlanması?

Əmək müqaviləsinin müddətli bağlanması?


Bu gün, 10:07
Əmək müqaviləsinin müddətli bağlanması?
Bu əmək münasibəti - işçinin əmək haqqı ilə bərabər əmək münasibətlərində ən mühüm və ən vacib elementlərdən biridir.
Əmək müqaviləsinin müddətli bağlanması səbəbləri və əsasları nədən ibarətdir, nədən bu gün əmək bazarında bu növ əmək müqavilələrinin bağlanmasından daha çox istifadə edilir. Ancaq imkan daxilində hər bir işçi çalışmalıdır ki,müddətli əmək müqaviləsi bağlamasın.
1. Əmək bazarında iş yerlərinin az olması, bu sahədə fəaliyyət göstərən-işəgötürənə əlavə üstünlük verir, təbii ki, onlar da müddətli əmək müqaviləsinin bağlanmasında maraqlı olurlar.
2. Müddətli əmək müqaviləsi bağlanmasını tələb edən işəgötürənə, işçinin hər hansı bir etiraz etmə imkanının olmaması, əks halda İşçi yaxşı bilir ki, bu barədə hər hansı etiraz onunla müqavilə bağlanmasından imtina ilə nəticələnəcək.
3. İŞÇİ İLƏ MÜDDƏTLİ ƏMƏK MÜQAVİLƏSİ bağlanmasında ƏSAS MƏQSƏD:İşəgötürənə xoş gəlməyən işçi ilə bağlanmış əmək müqaviləsinin hər hansı bir əlavə problemlər yaratmadan, heç bir səbəb göstərmədən ləğv edilməsidir.
4. Müddətli əmək müqaviləsinin bağlanması - işçini əvvəlcədən Xəbərdarlıq etmədən bu əsasla əmək müqaviləsinin ləğv edilməsidir.
5. Müddətli əmək müqaviləsinin bağlanması nadir hallarda istisna olmaqla, heç bir halda işçinin mənafeyinə uyğun deyil, Bu əmək münasibətlərinin davamlılıq prosesini pozur və işçini pozulmuş hüquqlarının bərpasına imkan vermir. İşçinin hər hansı bir şikayət və ya müraciəti, müddəti qurtaran işçinin əmək müqaviləsinun ləğvi deməkdir.
6.Müddətli əmək müqaviləsi bağlanmasında işçi o səbəbdən də maraqlı deyil, belə ki, işçi müəyyən əsaslar olduqda həmin gün və ya ən geci isə 1 ay müddətində istədiyi vaxtda bağlanmış Əmək müqaviləsini ləğv edə bilər.
Müddətli əmək müqaviləsi bağlanmasında Əmək Məcəlləsi ilə hansı əsaslar nəzərdə tutulur?
7. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə - onların qarşılıqlı razılığı ilə. Praktikada, Əmək Məcəlləsində nəzərdə tutulan bu hüquqlardan daha çox istifadə edilir, təzyiqlə də olsa işçilərin əsas hissəsi müddətli əmək müqaviləsi bağlayır.
8. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin, göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda. Çox təəssüf ki, iş və xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə, tərəflərin iradə ifadəsindən sui-istifadə edilir, işçilərin çox hissəsi ilə müddətli əmək müqaviləsi bağlanılır.
9. İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda.
10. Təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı.
11. İş həcminin və ya davamiyyətinin qısa müddət üçün olduqda.
12. İşçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda.
Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda necə ləğv edilə bilər.
13. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
14. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, iş yeri və orta əmək haqqı saxlandığı hallarda əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
15. Formal tələblərə əməl edildiyi halda
Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əsası ilə işdən çıxarılmış işçinin işə bərpa olunma və ya bu barədə məhkəmə qərarlarının çıxarılma ehtimalı yoxdur.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ"

Geri qayıt