Əsas Səhifə > Güney Press, Partiya > "İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir"

"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir"


Bu gün, 06:44
"İrandan Azərbaycana ancaq nifrət, narkotik gəlir"
"İranın Azərbaycanla sərhədində divar sədd çəkməsi bizim xeyirimizədir".

Bunu TNS-ə açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, belə olacağı təqdirdə İrandan Azərbaycana qaçaqmalçılıq və narkotik vasitələrin daşınmasının qarşısı alınacaq: “Bu səddin bizə heç bir zərəri yoxdur. İranla Azərbaycan münasibətlərinə divarlar hansısa təsir etməyəcək. Əsas ideyalar, insanların baxış bucağıdır. Divarlar açıq olanda guya hansı faydası var idi? İrandan Azərbaycana yalnız narkotik, “din narkotiki” gəldi, ölkəni məzhəb xəstəliyi bürüdü, düşmənçilik, nifrət yayımları daha çox artmağa başladı. Bu ölkədən bizə hansısa bir mədəniyyət gəlmədi. Ona görə də, belə bir divarın hörülməsi bizim faydamızadır”.
Geri qayıt