Əsas Səhifə > Güney Press > Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib

Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib


Dünən, 18:45
Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
Taleh Qaraşov Vətən müharibəsi şəhidləri Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin anım günündə məzarını ziyarət edib

"Unikal" xəbər verir ki, oktyabrın 21-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailələrinin üzvləri Vətən müharibəsi şəhidləri İbadov Aqşin Nazim oğlunun, Şıxəlizadə Emil Şahin oğlunun və Hüseynli Etiram Həsən oğlunun məzarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər, xatirələrini ehtiramla anıblar, ruhlarına dualar ediblər.

İcra başçısı Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailələrinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Geri qayıt