Əsas Səhifə > Güney Press > Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi

Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi


Dünən, 18:10
Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi
"Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyev qəza keçirib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mehdiyev yol qəzasında xəsarət alıb.

Ayaqları tutulan təqsirləndirilən şəxs vəkillərinin yardımı və əsa ilə məhkəmə zalına gəlib.

Prosesdə bir nəfər şahid iştirak edib. O, istintaqdakı ifadəsini təsdiq edib.

Qeyd edək ki, Çingiz Mehdiyev "Formula 1” oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.

Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi
Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi

Geri qayıt