Əsas Səhifə > Güney Press > Fərqanə həbsdə olan həyat yoldaşı haqda:

Fərqanə həbsdə olan həyat yoldaşı haqda:


Dünən, 17:59
Fərqanə həbsdə olan həyat yoldaşı haqda:
"Bir qadın olaraq həmişə xoşbəxt olmuşam. Çünki sevilmişəm və sevmişəm. Sevgim uğurunda mübarizə aparmışam. Sevdiyim insan və öz ailəm üçün mübarizə aparan olmuşam. Mən əfsanəvi xanımam. Bəlkə bu gün deyil, amma gələcəkdə haqqımda əfsanələr yazılacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Fərqanə Qasımova "Bir gün" verilişində deyib:

"Bu xanım ailəsi, öz sevdiyi insan üçün nələr fəda edib. Sənətiylə ailəsini necə qoruya bilib. Nə ailəmə, nə də sənətimə xəyanət etdim... İnanıram ki, əfsanəyə çevrilmiş xanım olacam. İnsan doğması üçün yaşayırsa, orada onun övladları, həyat yoldaşı varsa, demək ki, o yolda yaşamağa, yıxılıb-durmağa, yanıb-sönməyə, ölüb-dirilməyə səbəblər var. Sevmək və sevilmək qarşılıqlı olanda insan həmin duyğunu hiss edir. Sevmək yalnız "səni sevirəm" demək deyil. Sevmək o insan üçün yaşamaq, o insanın qəlbində hüzur tapmaq, o insanın ümidi və gələcəyi olmaqdır".

Əməkdar artist aparıcının "Həyatınızda sevgi varmı" sualına isə "Artıq dörd övladım var.
Onların atası həmişə həyatımda olub. Mən elə bir insan deyiləm ki, o sevgini hər zaman tapım və axtarım. Mənim ailəm olub və hər zaman da olacaq. Ailəni qoruyub saxlamaq, onun yoxluğunu övladlarına yansıtmaq bir qadının hünəridir. Bu sevgi ömrümün axırına qədər də mənə bəs edir",-deyə cavab verib.

Qeyd edək ki, Fərqanə Qasımovanın həyat yoldaşı Elnur Mövlamov 9 il azadlıqdan məhrum edilib.

Geri qayıt