Əsas Səhifə > Güney Press > Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir

Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir


Dünən, 17:04
Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında daşınmaz və daşınar əmlakların qiymətləndirilməsi xidmətilə əlaqədar keçirilən tender müsabiqəsinin qalibi “Açar Qiymətləndirmə Mərkəzi” MMC (VÖEN – 2005567601) olub.
Dövlət Xidməti 40 ədəd fərdi yaşayış evinin, 20 ədəd qeyri-yaşayış sahəsinin, 20 ədəd yaşayış binasının, 10 ədəd yarımçıq tikilinin və 500 ədəd daşınar əmlakın qiymətləndirilməsi üçün “Açar Qiymətləndirmə Mərkəzi” MMC-yə 14 min 396 manat ödəyəcək.
Qeyd edək ki, tenderdə qalib olan MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Xətai rayonu, S. Mehmandarov küçəsi ev 44”də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Qasımov Çingiz Qurban oğludur.

Geri qayıt