Əsas Səhifə > Güney Press > Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə

Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə


Dünən, 15:43
Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə
Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmentinə dair 81 deputatın imzaladığı daha bir müraciət gün ərzində Konsitutisiya Məhkəməsinə göndəriləcək.

APA-nın “Sputnik-Georgia”ya istinadən xəbərinə görə, imzaların legitimliyi Parlamentin Prosedur Məsələlər üzrə Komissiyası tərəfindən təsdiqlənib.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilini bir sıra ölkələrə hökumətlə razılaşdırılmadan səfər etməklə əsas qanunu pozmaqda ittiham edib. O zaman impiçment prosesinin icrası üçün tələb olunan imzaların toplanması mümkün olmayıb.

72 yaşlı Salome Zurabişvilinin səlahiyyət müddəti 2024-cü ilin dekabrında başa çatır.

Geri qayıt