Əsas Səhifə > Güney Press > "Aztelekom"un yeni təyin olunan baş direktoru kimdir?

"Aztelekom"un yeni təyin olunan baş direktoru kimdir?


Dünən, 15:21
"Aztelekom"un yeni təyin olunan baş direktoru kimdir?
"Aztelekom"un yeni təyin olunan baş direktoru Həsən Ömərovdur və o, artıq artıq bir müddətdir ki, fəaliyyətə başlayıb.

Bəs yeni təyin olunan baş direktor kimdir?

Musavat.com bildirir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu barədə qeyd edib:

"Həsən Ömərov bir müddət baş direktorun müşaviri və rəhbər vəzifəsinin icraçısı olaraq çalışırdı. Uzun müddət Zaqatala Telekommunikasiya Qovşağına rəhbərlik edib. Son 3 ildə "Aztelekom"da struktur islahatları çərçivəsində yaradılan "Şimal-Qərb Regional Filialı"na (Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonları daxildir) rəhbərlik edib. Sektorda uzun müddət fəaliyyət göstərən və peşəkarlardan hesab olunur.

"Onlayn Azərbaycan" layihəsinin ən uğurlu nəticələri həm də bu Filiala məxsusdur.

Son 3 ildə "Aztelekom"da kadr dəyişiklikləri çox olsa da, əvvəlki illərə nisbətən qurumun dayanıqlığı, infrastrukturu, texniki-texnoloji və maliyyə-təsərrüfat vəziyyəti müsbətə doğru dəyişib. "Aztelekom" "Onlayn Azərbaycan" çərçivəsində milyonlarla müştəriyə sahib olan, bir çox xidmətlər təqdim edən, dövlətə məxsus olan nəhəng bir telekommunikasiya şəbəkəsinə sahib olub. Qurum yalnız internet istifadəçiləri hesabına ayda 25 milyondan çox gəlir əldə edir".

Geri qayıt