Əsas Səhifə > Güney Press > Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır

Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır


Dünən, 15:12
Azərbaycanda bələdiyyə vergisinin nağd ödənişi dayandırılır
Azərbaycanda bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmalar da nağdsız qaydada həyata keçiriləcək.

Bu, “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Xatırladaq ki, qanunun 3.4.1-ci maddəsinə əsasən vergilərin yığımı nağdsız qaydada həyata keçirilir. Bu müddəa bələdiyyə vergilərinə də şamil olunacaq.

Bundan başqa, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” v “Büdcə sistemi haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri həmin infotmasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir.

Geri qayıt