Əsas Səhifə > Güney Press > “Azərbaycan, Rusiya və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar,

“Azərbaycan, Rusiya və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar,


Dünən, 15:03
“Azərbaycan, Rusiya və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar,
Erməni politoloq Alain Gevondyan iddia edir ki, oktyabrın 26-dan noyabrın 5-nə qədər olan dövr ərzində Zəngəzur dəhlizi açıla bilər. Politoloqun fikrincə, Ermənistan müqavimət üçün heç bir resursunun olmadığını deyəcək. Gevondyan hesab edir ki, Zəngəzur dəhlizi açılarsa, Ermənistan sıradan bir əraziyə çevrilə bilər.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında Zəngəzur dəhlizi məsələsinə toxunub. Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması mütləq baş verəcək, lakin bu tezlikdə baş verəcəyi gözlənilmir.

“Nəzərə alaq ki, “Əsrin müqaviləsi” 1994-cü ildə imzalansa da neft-qaz arteriyasının işləməyə başlaması 2006-2007-ci illərə təsadüf etdi. beləcə, Zəngəzur dəhlizinin razılaşdırılması və inşaat işlərinin tamamlanması (Azərbaycan inşaat işlərini aparsa da, Ermənistan ərazisində 43 km-lik hissə qalır) və işləməyə başlaması da müəyyən zaman müddəti tələb edir”-deyən politoloq hesab edir k, Türkiyə nəqliyyat naziri daha öncə bu layihənin 2029-cu ildə fəaliyyətə başlayacağını bildirmişdi.

“Azərbaycan, Rusiya və Türkiyə Zəngəzur dəhlizinin açılmasında tam anlamıyla maraqlı olsalar da, Ermənistan, İran və ABŞ-ın bu məsələdə fərqli mövqeyi dəhlizin reallaşdırılmasına dair prosesi axsadır. Paşinyanın “Sülh kəsişməsi” layihəsi dəmir yolunun Sovet dövründə mövcud yolun bərpasını nəzərdə tutsa da, avtonəqliyyat üçün yeni marşrutun yaradılmasını nəzərdə tutur. Həmçinin keçid şərtlərinə dair fərqli mövqelər, İranın “qırmızı xətt”ləri... Və son olaraq demək olar ki, hər şey razılaşdırılmayana kimi heç nə razılaşdırılmır”-deyə Şəhla Cəlilzadə vurğulayıb.

Geri qayıt