Əsas Səhifə > Güney Press > "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası keçirilib

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası keçirilib


Dünən, 14:57
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam magistral avtomobil yolunun Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra
Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Azad
Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.
Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə
təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İƏD üzrə nümayəndəliklərin
işçiləri fəal iştirak ediblər.
Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, 1000 ədəd
eldar şamı əkilib, yeni əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq
göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması,
cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini
davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək
ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, 18-27 oktyabr tarixlərində Tərtər Rayon İcra Hakimiyyəti
tərəfindən Bərdə-Ağdam magistral avtomobil yolunun kənarlarına ümumilikdə
11000 ədəd müxtəliv növ ağacların əkilməsi nəzərdə tutulmuşdur.

Geri qayıt