Əsas Səhifə > Güney Press > Dövlət Gömrük Komitəsi Abid Şərifovun qardaşına məxsus şirkəti cərimələdi

Dövlət Gömrük Komitəsi Abid Şərifovun qardaşına məxsus şirkəti cərimələdi


Bu gün, 13:41
Dövlət Gömrük Komitəsi Abid Şərifovun qardaşına məxsus şirkəti cərimələdi
“Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl -Əfəndiyeviçdir.

Mətbuatda yayılan məlumatlara əsasən, “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin Baş nazirin sabiq müavini Abid Şərifovun qardaşına məxsus olduğu bildirilir.

Geri qayıt