Əsas Səhifə > Güney Press > "Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra da

"Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra da


Bu gün, 12:58
"Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra da
Bu gün Rusiya-Ukrayna müharibəsi dava edir və bu fonda Avropa ölkələrinin Azərbaycanın enerjisinə etiyacı var. Bir gün Rusiya-Ukrayna müharibəsi bitsə və yenidən Rusiyadan Avropaya qaz ixrac olunmağa başlasa, o zaman Azərbaycanın vəziyyəti necə olacaq?
İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başa çatdıqdan sonra Avropanın yenidən əvvəlki şəkildə Rusiyadan təbii qaz üzrə asılılığının bərpa olunacağı gözlənilmir. Çünki Avropa Rusiya-Ukrayna müharibəsinin başlanması ilə əyani şəkildə gördü ki, enerji istiqamətində bir yerdən asılılıq hansı ciddi mənfi nəticələrə gətirib çıxarır.

Azərbaycanın Rusiya -Ukrayna müharibəsi başladıqdan sonra Avropa tərəfindən alternativ enerji təchizatçısı kimi tanınması və qəbul olunması bu faktın ciddiləşməsi heç də təsadüfi deyildi.

“Cənub Qafqaz dəhlizini reallaşdırdığımız zaman, ümumiyyətlə lahiyədən danışanda bu gün növbə ilə qapımızı döyən həmin Avropa ölkələri idi ki, buna etinasız yanaşdılar, ağız əydilər və deyirdilər ki, Azərbaycanda o qədər qaz yoxdur, o lahiyənin rentabelliyi mümkün deyil. Amma indi sıra ilə düzülüblər qapımıza. Biri gedir, o biri gəlir. Və indi deyirlər ki, “bizə qaz verin”. Hətta heç biri sual da vermir və ya nəzərə almır ki, Azərbaycanda o qədər qaz var, ya yox. Bizim Rusiya qədər Qətər qədər, Türkmənistan qədər qaz ehtiyatımız yoxdur. Amma biz bu gün Avropa ölkələrinin müraciətləri yağışı altında qalmışıq. Hamı bizdən qaz istəyir. Çünki ortada real bir marşrut xətti var:“Cənub qaz dəhlizi”, TANAP və TAP kimi. Hansı ki, bunların reallaşmasına Avropa ölkələri inanmırdı. “Şahdəniz” yatağı var və Azərbaycanın da özünə görə kifayət qaz resursları mövcuddur”- deyə iqtisadçı qeyd edib.

Pərviz Heydərov bildirib ki, Avropa ölkələri bununla kifayətlənmir. Onlar yenə də əlavə həcmdə Azərbaycandan qaz istəyir, qaz tələb edir. İqtisadçının fikrincə, biz bir məsələni də nəzərə almalıyıq ki, Azərbaycanın əhalisi artır və iqtisadiyyat böyüyür, yəni qaza olan tələbatı da yerində donub qalmayıb, o da getdikcə artır: “Bu səbəbdən də Azərbaycan dövləti alternativ enerji mənbələrindən istifadə məsələsini qarşısında əsas vəzifələrdən birinə çevirib. Günəş-külək enerjisindən istifadə etməklə və alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, istilik elektrik stansiyaları üçün tələb olunan qaz ehtiyacını qarşılanmalı və onun da Avropaya ixracı davam etməlidir.

Rusiya-Ukrayna müharibəsi başa çatsa da, Rusiya ilə Avropa yenidən dostlaşıb qarşılıqlı enerji mübadiləsinə və Rusiyadan enerji idxalına başlansa da, Azərbaycan üçün yaxın gələcəkdə və hətta uzaq perspektivdə də qaz ixracı məsələsində heç bir bazar məhdudiyyəti, yəni alıcı məhdudiyyəti gözlənilmir. Belə bir iqtisadi partnyor dəyişikliyi baş verməyəcək. Azərbaycana bu gün necə alternativ enerji təchizatçısı kimi baxılır. Bundan sonra da bu baxış, bu yanaşma daha da ciddi xarakter alacaq. Azərbaycandan qaz alan ölkələrin sayı belə davam edərsə, indikindən 2 dəfə çox olacaq”-deyən Pərviz Heydərov vurğulayıb ki, bu gün Serbiya və Sloveniya “Cənub qaz dəhlizi”, "TANAP” və TAP-ın yaratdığı imkandan bütün Avropa ölkələrinin istifadə etmək istəyini nümayiş etdirir.

Geri qayıt