Əsas Səhifə > Güney Press > İki mühüm hədəf vurulacaq...

İki mühüm hədəf vurulacaq...


Bu gün, 12:15
İki mühüm hədəf vurulacaq...
Sülh danışıqları fonunda guya Azərbaycanın hücum edəcəyi ilə bağlı Ermənistanın ortaya atdığı ididalar iki hədəfə hesablanıb. İlk növbədə beynəlxalq ictimaiyyəti Azərbaycanın əleyhinə çevirmək istəyirlər. Rəsmi İrəvan siyasi müstəvidə üstünlük qazanmaq arzusundadır. Erməni tərəfi sülh sazişini öz maraqları çərçivəsində imzalanması niyyətindədir. Sözsüz ki, Bakı bundan imtina edir.

Bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.

“Ermənistan Azərbaycan ətrafında müəyyən “kampaniya” aparmaqla ona təzyiq edəcəyini düşünür. Beynəlxalq tərəfdaşların da rəsmi Bakını sülh məsələsində tez qərar verməyə vadar edəcəyi ehtimal edilir. Bununla bağlı mümkün qədər sülh məsələsində Azərbaycanın mövqeyi yanlış formada təqdim edilir”, - deyə o əlavə edib.

Siyasi şərhçi Azərbaycanın sülh müqaviləsində bütün məsələlərin həlli ilə bağlı konkret mövqeyə sahib olduğunu söyləyib:

“Azərbaycanın Ermənistana hücum edəcəyini gündəmə gətirməklə rəsmi İrəvan Bakının mövqeyini bir qədər arxa plana keçirməyə çalışır. Bakının məhz müharibə etmək üçün Ermənistanın istədiyi sülh müqaviləsindən imtina edir görüntüsü yaratmaq niyyətləri var”.

Asif Nərimanlıya görə, Ermənistan şərti sərhəddə təxribatlar törətməklə Azərbaycanı hücum edən tərəf kimi göstərməyə də cəhd edə bilər:

“Çünki Ermənistanın təxribatlarına Bakının adekvat reaksiyası qaçılmaz olacaq. Bu halda erməni tərəfi məhz Azərbaycanı hücum edən tərəf kimi beynəlxalq icitmaiyyətə təqdim etməyə çalışacaq. COP29-un Bakıda keçirildiyi ərəfədə bu cür məsələlər üzərində manipuliyasiya etmək niyyətləri açıqdır. Beynəlxalq diqqətin Azərbaycanda olması fonunda erməni tərəfi bunu öz tərəfinə yönəltmək üçün hər cür vasitəyə əl atacaq”.

Geri qayıt