Əsas Səhifə > Güney Press > Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir

Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir


Bu gün, 11:54
Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan
Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 21-də Bakı
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Yasamal rayonunda
magistral yol kənarındakı boş ərazidə ağacəkmə aksiyası keçirilib.
Bu barədə Dia-az.Media-ya BŞİH-dən xəbər verilib.
Paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və
ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində
quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi
işləri aparılır.
Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları
tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib.
Qeyd edilməlidir ki, aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir
və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi,
yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcəkdir.

Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir
Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir
Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir
Paytaxtda kütləvi ağacəkmə aksiyaları davam edir

Geri qayıt