Əsas Səhifə > Güney Press > Moldova xalqı Avropa İttifaqına "HƏ" dedi

Moldova xalqı Avropa İttifaqına "HƏ" dedi


Bu gün, 11:21
Moldova xalqı Avropa İttifaqına "HƏ" dedi
Moldova Mərkəzi Seçki Komissiyası ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum üzrə protokolların 98,38%-ni emal edib.

Modern.az-ın məlumatına görə, bu barədə Komissiyanın saytında məlumat verilib.

Son məlumatlara görə, avrointeqrasiya tərəfdarlarının sayı əleyhdarlarının sayından çox olub: lehinə 50,07%, əleyhinə 49,93% səs verib.

Referendumla yanaşı, ölkədə keçirilən prezident seçkilərində də səsvermə baş tutub. İkinci müddətə namizədliyini irəli sürən prezident Maia Sandu hazırda 41,92% səslə liderdir. İkinci yerdə 26,35% səslə keçmiş baş prokuror, Sosialist Partiyasının üzvü Aleksandr Stoyanoqlo qərarlaşıb.

Geri qayıt