Əsas Səhifə > Güney Press > Ermənistan Parlamentində Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Hökumətlərarası Komissiyanın reqlamenti
Ermənistan Parlamentində Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Hökumətlərarası Komissiyanın reqlamentiBu gün, 10:09 |
Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Hökumətlərarası birgə Komissiyanın reqlamentinin ratifikasiyasını müzakirə edəcək. APA xəbər verir ki, bu barədə məlumatı “Armenia-Today” saytı yayıb. Reqlament sözügedən komissiyanın bugünkü iclasının gündəliyinə salınıb. Qeyd edək ki, haqqında bəhs olunan reqlament 2024-cü il avqustun 30-da imzalanıb, sentyabrın 26-da isə Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunub. Oktyabrın 8-də bu sənəd Ermənistanın Nazirlər Kabineti tərəfindən Parlamentin müzakirəsinə göndərilib. Geri qayıt |