Əsas Səhifə > Güney Press > İşçilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüquqları...

İşçilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüquqları...


Bu gün, 08:43
İşçilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüquqları...
İşçilərin-güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüquqları da bir çox hallarda əmək mübahisəsi yaradır. Bu sahədə - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqi yardım göstərdiyi,məhkəmə vasitəsilə təmin olunmuş bir çox uğurlu məhkəmə işləri də var.
Bu sahədə ənçox mübahisə yaradan pensiya mübahisəsi daha çox işçinin işlədiyi peşə və ya vəzifə adlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarı ilı təsdiq olunmuş Siyahıda olmamasıdır, bu hüququ olduğu halda Əmək kitabçasında düzgün qeydlərin olmaması, peşə və ya vəzifə adının düzgün yazılmaması ilə əlaqədardır, xarici müəssisələrdə isə yerli qanunvericiliyə uyğun yazılmamasıdı.
Təbii olaraq bu hallarda müəssisə işçiyə güzəştli şərtlərlə pensiya hüququnun olması barədə Arayış verməyəcək, DSMF də qəbul etməyəvək.
Bu hallarda İmtina məktubu alan işçi hüququ olduğu halda məhkəməyə müraciət etməli və öz hüquqlarını bərpa etmılifir.
Əgər bir işçinin işlədiyi peşə və ya vəzifənin adları və sahə birbaşa və ya dəqiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahıda yoxdursa, lakin uyğun gəlirsə, bu halda onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun olmasını məhkəmə: adlarda və peşələrdə olan fərqi, düzgün yazılmamasını, Siyahıda olan digər oxşar peşə və vəzifədə işləməsini, yerinə yetirdiyi iş və xidmətlərin xüsusiyyətlərini, zərərli, ağlr və ya təhlükəli olmasını, işçinin əmək funksiyasını, zərərli, ağır və təhlükəli işdə işləməsini, buna görə əlavə ödəniş və ya məzuniyyət almasını və digər halları nəzərə alınmaqla məhkəmə qərarı ilə təmin oluna bilər.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.Media

Geri qayıt