Əsas Səhifə > Güney Press > Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı


Bu gün, 08:28
Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı
Düz dörd il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə
etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq
cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin
qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt
ərzində İranla Ermənistan Azərbaycanın Zəngilan, Cəbrayıl və Qubadlı
rayonlarının ərazisindən Avropaya narkotiklər daşınan narkotrafik
marşurutu kimi istifadə edirdi.
Azərbaycan öz ərazilərinin 20%-ni işğaldan azad etməklə həm də
beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan ağ ölümlə
mübarizəyə töhfə vermiş oldu. Müəyyən olunmuş faktlar və sərhədçilərin
hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə saxladıqları heroinin
həcminin 2 dəfə artması bu məsələni sübut edib. Həm də ermənilər işğal
etdikləri Qarabağ torpaqlarımızda uzun illər narkotiklərin becərilməsi ilə
məşğul olublar. Narkotik alveri ermənilərin əsas gəlir mənbələrindən biri
idi.
30 il ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız Ermənistanın
nəzarətində olması bu ərazilərdən həm də terroristlərin hazırlanması üçün
bir baza kimi istifadə olunmasına yol açıb. Təbii ki, narkotik ticarəti və
beynəlxalq terrorizm qlobal bəladır. Erməni terror təşkilatları özlərinin
törətdikləri vəhşilkləri və qırğınları ilə dünya tarixinə düşüb. Həm də erməni
teror təşkilatları müxtəlif dairələrlə əlbir olaraq bir çox sifarişlərin
icraçısıdırlar. Nəinki, Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində
törətdikləri teror hadisələrində erməni teroristlərin əli olduğunu sübut
olunub. Azərbaycanın öz torpaqlarında erməni işağlına son qoydurması
həm də ermənilərin ərazilərimizdə qurduqları teror yuvasını dağıtmış oldu.
Cənab Prezident MDB Dövlət Başçıları Şurasının video formatda keçirilən
konfransında qeyd edilən məsələlərə aydınlıq gətirdi və erməni işğalının
mahiyyət və məqsədlərini auditoriyanın diqqətinə bir daha çatdırdı.
2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunandan
sonra növbəti istiqamət Qubadlı rayonu idi. Düşmənin güclü müdafiə xətləri
qurduğu Qubadlıda döyüş əməliyyatları xüsusi peşəkarlıq və fədakarlıq
tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi.
Əvvəlcə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən Xanlıq
qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji
yüksəkliklər ələ keçirildi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı
Qüvvələri şəhəri düşməndən təmizlədilər.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə”
medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun
işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak
edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”
medalı ilə təltif edildilər.
Bu gün Qubadlıda geniş tikinti-quruculuq işləri görülür. Qubadlı yeni
inkişaf dövrünü yaşayır. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən
Qubadlı şəhəri yenidən qurulacaqdır. Artıq şəhərin baş planı hazırlanıb və
baş plan ən müasir normalara uyğun olacaqdır. Planda Qubadlının təbiəti
və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham
Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş
əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25
oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu
unudulmaz tarixi qürurla qeyd edir.
25 oktyabr 2021-ci il tarixində Qubadlı rayonuna səfər edən möhtərəm
cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-
Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə
gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji”
ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının,
Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak
etdilər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşdülər. Dövlət
başçımız və birinci xanım Mehriban Əliyeva 19 oktyabr 2022-ci il tarixində
Qubadlı rayonuna növbəti səfərləri çərçivəsində “Bərgüşadçay” və
“Zabuxçay” su anbarlarının layihələri ilə tanış oldular, Qubadlı Elektrik
Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyması
mərasimində iştirak etdilər. Azərbaycan ictimaiyyəti Cənab İlham Əliyevin
Qubadlıya 4 may 2023-cü il tarixli səfərini də diqqətlə izlədi. Ölkə başçımız
Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird
yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq,
Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində yaxından
iştirak etdi. Dövlət başçımızın Qubadlıya və digər azad olunmuş
bölgələrimizə səfərləri hər birimizi ürəkdən qürurlandırır. Azərbaycan xalqı
əmindir ki, uğurlarımız davamlı olacaq.
Dörd il ərzində azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa
olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf
dinamikasını nəzərə almaqla hazırlanıb. Əgər Sovetlər dövründə Qubadlı
rayonunun ümumi enerji istehlakı 12 meqavat idisə, inşa olunacaq
yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə
artırıla bilər. Görülən işlər vətən həsrəti çəkən insanların öz döqma
yurdlarına qayıdışlarını daha da sürətləndirəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.Media

Geri qayıt