Əsas Səhifə > Güney Press > Dövlət Komitəsinin binası satışa çıxarılır

Dövlət Komitəsinin binası satışa çıxarılır


Dünən, 17:29
Dövlət Komitəsinin binası satışa çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsinin binasını hərraca çıxaracaq.

Dia-az.Media Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.

Məlumata görə, hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin binasıdır.

Sözügedən obyektin ilkin satış qiyməti 115122 manat, 10% behin həcmi isə 11512 manat müəyyənləşib.
Geri qayıt