Əsas Səhifə > Güney Press > “43 istiqlalçı deputat” deyə vay-şüvən qoparan bir qrup saxtakarın diqqətinə çatdırmaq istəyirəm ki..."

“43 istiqlalçı deputat” deyə vay-şüvən qoparan bir qrup saxtakarın diqqətinə çatdırmaq istəyirəm ki..."


Dünən, 14:40
“43 istiqlalçı deputat” deyə vay-şüvən qoparan bir qrup saxtakarın diqqətinə çatdırmaq istəyirəm ki..."
"AXC-nin özünəvurğun, başıpozuq bəzi boşboğaz simalarının Azərbaycan tarixini ötən 33 ildə saxtalaşdırmalarına şahid olmuşdum. Amma düşünürdüm ki, növbəti il “düzələrlər”, zaman keçdikcə islah olunarlar… Lakin olmadı. Düzəlmədilər. Düzəlmək istəmədilər! Özlərini daha “vətənpərvər”, daha “ağllı” və daha “əzabkeş” göstərmək istəkləri şəxsiyyətlərinə bu dəfə də qalib gəldi, necə cılız olduqlarını bu dəfə də ortaya qoydular…

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

"Hər il oktyabrın 18-də “43 nəfər istiqlalçı deputat” deyə vay-şüvən qoparan bir qrup saxtakarın diqqətinə çatdırmaq istəyirəm ki, 18 oktyabr 1991-ci il tarixində Azərbaycanın müstəqillik aktına Azərbaycan Ali Sovetinin 258 deputatının hər biri səs verib. Tarixi bilməyənlər də bilsin! Azərbaycan Ali Sovetininin 18 oktyabr 1991-ci il tarixli sessiyasının videogörüntülərini də paylaşıram. Tarixi öz xeyirlərinə saxtalaşdırmaq istəyən özünəvurğun AXC davamçılarına isə səslənirəm: Vicdanınız olsun! 215 xalq deputatının haqqına necə girə bilərsiniz?! Axı, başqa vaxt dürüstlükdən, düzlükdən, vicdandan, ləyaqətdən böyük-böyük danışırsınız… Ayıbdır! Ayıb! Tarixi bu qədər saxtalaşdırmaq olmaz! Sizin bəh-bəhlə danışdığınız “43 istiqlalçı deputat” nağılının tarixi tamamilə fərqlidir. Bunu həmin dövrü yaşamış və ya araşdırmış hər kəs bilir… Bilməyənlər üçün: Azərbaycan SSRİ Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli toplantısında “SSRİ-nin saxlanılması və ya saxlanılmamasına dair” referendum layihəsi müzakirəyə çıxarılaraq, referendumun keçirilib-keçirilməməsi səsverməyə qoyulub. Həmin vaxt 43 nəfər özlərini istiqlalçı adlandıran şəxslər bu referendum layihəsinin əleyhinə səs veriblər. Yəni hansısa layihənin əleyhinə çıxaraq, bununla özlərini "İstiqlalçı deputat" adlandırırlar. Bu toplantının 18 oktyabr 1991-ci ildə qəbul edilmiş müstəqillik aktı ilə heç bir əlaqəsi yoxdur. 9 ay öncə (16 yanvar 1991-ci il tarixində) keçirilmiş toplantıda hansısa bir məsələnin müzakirəsi zamanı baş tutmuş səsvermənin 18 oktyabr 1991-ci ildə qəbul edilmiş müstəqillik aktı ilə nə əlaqəsi?! Bir daha qeyd edim ki, 16 yanvar 1991-ci il tarixində Azərbaycan SSRİ Ali Sovetinin sessiyasında, həmçinin digər postsovet respublikalarının Ali Sovetlərində bu tip müzakirələr gedib. Mövzu da belə olub: “Azərbaycanda SSRİ-nin saxlanılıb-saxlanılmamasına dair referendum keçirilsin. Referendumda iki sual qoyulsun:

1) SSRİ qalsın, Azərbaycan da onun tərkibində yaşasın;

2) SSRİ dağılsın, Azərbaycan müstəqil olsun.

Bu məsələnin müzakirəsi zamanı bu gün özünü istiqlalçı deputat elan edən 43 nəfər şəxs bu təşəbbüsün əleyhinə çıxıb deyə, bu gün özlərini hansı haqla “istiqlalçı deputat” adlandıra bilər axı?!

Təsəvvür edək ki, Referendumun nəticəsi 2-ci bənddəki kimi olur, yəni: SSRİ dağılsın, Azərbaycan müstəqil olsun!

Belə olan halda, bu referendum layihəsinə qarşı çıxmış həmin 43 şəxs referendumun nəticəsi olan müstəqil Azərbaycanın əleyhinə getmiş şəxslər olaraq özlərini tarixdə tanıyacaqdılarmı?! Əlbəttə yox!

Yəni belə absurd mövqe və yanaşma yalnız və yalnız xəstə təfəkkürlü insanların ağlına gələ bilərdi…

Bu hadisələrin üzərindən yüz illər ötməyib. Ancaq saxtakarlar və saxtakarlıqlar - yalanlar gözümüzün önündə baş verir. Özü də utanmazcasına… Bizlər də seyrçi qalırıq…

Hesab edirəm ki, hər kəsə elə sağ ikən yerini bir toplum olaraq, xalq və millət olaraq göstərməli və heç kimə tariximizi saxtalaşdırmağa imkan verməməliyik!

Yaşasın müstəqil və qüdrətli Azərbaycan!" - o qeyd edib.
Geri qayıt