Əsas Səhifə > Güney Press > "Kasko sığorta baha olduğu üçün maraq yoxdur"

"Kasko sığorta baha olduğu üçün maraq yoxdur"


Bu gün, 10:00
"Kasko sığorta baha olduğu üçün maraq yoxdur"
Sürücülər çox zaman icbari sığorta etdirsələr də, kasko sığortaya üstünlük vermirlər. Buna səbəb həm kasko sığortanın "baha" olması, həm də bəzi sığorta şirkətlərinin yetərli qədər etibarlı olmamasıdır. Amma qəzalar zamanı yaranan servis problemləri və s. digər məsələlər kasko sığortanın da önəmli olduğunu göstərir…
“Texniki baxış dövlət rüsumudur. Xüsusi bir rüsumdur. Elə də böyük bir məbləğ deyil. Amma sığorta məsələsinə qaldıqda, icbari sığorta kasko sığorta ilə müqayisədə daha ucuzdur. Məndə olan məlumata xüsusi taksit kartları vasitəsilə onu hissəli ödənişlə həyata keçirmək mümkündür”.

Bu barədə Bizimyol.info xəbər portalına AADA-nın icraçı direktoru Eyyub Əliyev danışıb. Eyyub Əliyev kasko sığortanı icbari sığorta qədər önəmli hesab edir.

Ekspert təəssüflə qeyd edib ki, bu gün ölkəmizdə icbari sığorta məcburi olduğu üçün hər kəs icbari sığorta etdirir. Amma kasko sığortaya maraq, o qədər də böyük deyil.

“Məsələn; biri 5 ilin avtomobilini alır. Tutaq ki, 2018-ci ilin bir avtomobilini alıb. Avomobilin 60 min manat dəyəri var. Amma kasko sığorta etdirməyib. Şəxsən avtomobil sektorunda olan bir şəxs kimi bu sektorda olan bir çox qəzalar və bir çox servis mərkəzlərində problemlər görmüşəm ki, qəza zamanı sığortanın olmamasından yaranan məsələlərdir. Ona görə tövsiyyə edərdim ki, "baha" da olsa, kasko sığorta etdirilsin”-deyə Eyyub Əliyev vurğulayıb.
Geri qayıt