Əsas Səhifə > Güney Press > Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb

Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb


Bu gün, 09:15
Salyanda 51 yaşlı kişi döyülərək öldürülüb
Salyan sakini döyülərək öldürülüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin T.Xəlilbəyli küçəsində qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun meyiti həmin küçədə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin məlumata görə, Ə.Salayevin döyülərək öldüyü bildirilir.

Hadisənin əsl səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq.
Geri qayıt