Əsas Səhifə > Güney Press > Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min 370 mənzil alıblar

Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min 370 mənzil alıblar


Bu gün, 01:25
Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 min 370 mənzil alıblar
Bu ilin ilk 9 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 604 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 87 mənzil alıblar.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha çox mənzil alıblar. Belə ki, 2023-ci ilin ilk 9 ayında 642 mənzil satın alıblar. Ötən ilin sentyabr ayında isə bu ilin sentyabr ayı ilə müqayisədə daha çox – 92 alınıb.
Qeyd edək ki, son ildə 10 ildə Azərbaycan vətəndaşları Türkiyədən ümumilkdə 10 min 370 mənzil alıblar:
2015-ci il – 815 mənzil;
2016-cı il – 610 mənzil;
2017-ci il – 942 mənzil;
2018-ci il – 1 250 mənzil;
2019-cu il – 1 191 mənzil;
2020-ci il – 1 279 mənzil;
2021-ci il – 1 517 mənzil;
2022-ci il –1 330 mənzil;
2023-cü il – 832 mənzil;
2024-cü ilin yanvar-sentyabr ayları – 604.
Onu da bildirək ki, bu ilin ilk 9 ayı ərzində Türkiyədən ən çox Rusiya (3 min 635 mənzil), İran (1 555 mənzil), Ukrayna (1 154 mənzil), Almaniya (915 mənzil), İraq (887 mənzil) və Qazaxıstan (779 mənzil) vətəndaşları ev alıb.
Ötən illə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin ilk 9 ayı ərzində Rusiya vətəndaşları Türkiyədən 8 min 683 mənzil alıb. Ötən ilin sentyabr ayında ruslar Türkiyədən 722 mənzil aldıqları halda bu ilin iyun ayında 346 mənzil alıblar.
Geri qayıt