Əsas Səhifə > Güney Press > İsrail HƏMAS komandirini zərərəsizləşdirdi

İsrail HƏMAS komandirini zərərəsizləşdirdi


Bu gün, 11:16
İsrail HƏMAS komandirini zərərəsizləşdirdi
HƏMAS-ın Qəzzadakı hərbiləşdirilmiş qüvvələrinin komandiri Mahmud Həmdan İsrail hərbçiləri tərəfindən zərərsizləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, iki gün əvvəl HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyü yerin yaxınlığında baş verib.
İsrail hərbçilərinin məlumatına görə, Həmdan anklavın cənubundakı Tell əs-Sultanda HƏMAS batalyonuna komandanlıq edib və Sinvarın mühafizəsinə cavabdeh olub. O, həmçinin daha əvvəl bölgədə döyüşlər zamanı həlak olan altı israilli girovu nəzarətdə saxlayıb.
“Cümə günü Mahmud Həmdan Sinvarın öldürüldüyü yerdən təxminən 200 metr məsafədə baş verən toqquşma zamanı İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülüb”, - məlumatda bildirilib.
Digər tərəfdən HƏMAS da xüsusi mesaj yayaraq, Həmdanın İsrail qüvvələrinin hücumu zamanı öldürüldüyünü və bu hücumda Sinvarın da həlak olduğunu bildirib. Açıqlamada qeyd olunub ki, hücum zamanı o, HƏMAS lideri Yəhya Sinvarı müşayiət edib.

Geri qayıt