Əsas Səhifə > Güney Press > İşəgötürən tərəfindən işçiyə əmək haqqının verilməməsi...

İşəgötürən tərəfindən işçiyə əmək haqqının verilməməsi...


Bu gün, 10:25
İşəgötürən tərəfindən işçiyə əmək haqqının verilməməsi...
İşəgötürən tərəfindən işçiyə-əmək haqqının verilməməsi və ya AR-n Əmək Məcəlləsində nəzərdə tutulan qaydada ödənilməməsi hansı məsuliyyətə səbəb ola bilər?
İşəgötürən: maliyyə, iqtisadi və sair digər vəziyyətindən asılı olmayaraq işçiyə, onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını - Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyə borcludur.
İşçiyə aylıq əmək haqqı və sair ödənişlərin - ödənilməməsində təqsirkar olan işəgötürən Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir
Müəssisə ləğv edildiyi hallarda ilk növbədə işçilərin: əmək haqqı, sosial müdafiə,istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, işçiyə dəyən ziyanla əlaqədar ödəmə, müavinətlar ödənilməlidir.
Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
Əgər qeyd olunan hallarda işçiyə göstərilən ödənişləri ödəməyə işəgötürənin maddi və ya maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakının satılması yolu ilə ödənilməlidir
Əgər əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilırsə işəgötürən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir.
Əmək müqaviləsi ləğv edilərkən işəgötürən son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə ödəməlidir.
İşçinin əmək haqqının, məzuniyyət haqqının, ezamiyyə xərclərinin, Əmək Məcəlləsində nəzərdə tutulmuş müavinət və s. ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar da yol verilən nöqsanlar istisna olmaqla,qanun pozuntularına yollverilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
İşçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş ödənişli əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Bu hallar və qanun pozuntuları ilə əlaqədar işəgötürənlər inzibati cərimə ilə bərabər, intizam, maddi, mənəvi, müvafiq hallarda isə cinayət məsuliyyəti də daşıyır.
İşçilərə əmək haqqı və digər ödəmələrin AR Əmək Məcəlləsində nəzərdə tutulanqaydada verilməsinə ictimai nəzarət - Həmkarlar ittifaqı təşkilatı, dövlət nəzarətini isə-Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.
İşçilərə əmək haqqı və sair digər ödəmələrin AR-nın Əmək Məcəlləsində nəzərdə tutulan qaydada ödənilməməsindən işçilər-qanunla nəzərdə tutulan qaydada Mediasiya və Məhkəməyə müraciət edə bilər.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.Media

Geri qayıt