Əsas Səhifə > Güney Press > Bakı ora doğru irəliləyir, İrəvan yatıb: fəlakət olacaq!

Bakı ora doğru irəliləyir, İrəvan yatıb: fəlakət olacaq!


Bu gün, 17:40
Bakı ora doğru irəliləyir, İrəvan yatıb: fəlakət olacaq!
“Ermənistan hökuməti dünyada baş verən prosesləri anlamır. Bu isə fəlakətə gətirib çıxara bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan deyib.

“ABŞ öz hegemoniyasını itirir, Avropa Birliyi zəifləyir və proses davamlıdır. Bu fonda BRİKS ölkələri güclənir, onlar Qərbin Bretton-Vud sisteminə iqtisadi balans yarada bilirlər. Ermənistan isə axının əksinə üzür. Bütün ətrafı faktiki BRİKS üzvü olan ölkələridir.

Əgər Tramp prezident seçilsə, tamam başqa dünyaya düşəcəyik, hökumətimizin strategiyası isə bir saat içində fəlakətli boşluğa çevriləcək”, – deyə o bildirib.

Zurabyan Erməninstanın Qərb vektorunu seçməsinin onu qlobal qarşıdurmada əsas forpostlardan biri etdiyini bildirib.

O deyib ki, Qərbə yaxınlaşma Ermənistanın Rusiyadan bütün güzəştlərini itirməsi anlamına gələcək:

“Hökumət həmişə xalqı yemləyə bilməz. Əgər bunlar müstəqilliyin gücləndirilməsi ilə bağlıdırsa, biz müstəqillik yox, vassallıq alacağıq. Ona görə ki Qərbin dəstəyi olmayacaq, əvəzində Türkiyə və Azərbaycan bizə diktə edəcək”.

Qeyd edək ki, rəsmi Bakı BRİKS-ə üzv olmaq üçün müraciət edib.

Geri qayıt