Əsas Səhifə > Güney Press > Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Bu gün, 17:16
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
“Yaşıl dünya naminə həmrəylik ili” və Bakı şəhərində keçiriləcək
Bilrləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı 18-27 oktyabr
tarixlərində Nəsimi rayonunun Bakıxanov, Rəşid Behbudov, Əbdülvahab
Salamzadə, Üzeyir Hacıbəyli, Mir Cəlal, Cavadxan, Hüseyn Seyidzadə küçələrində
və Vaqif, Tiblisi, Moskva prospektlərində ümumilikdə 2000 ədəd müxtəlif ağac
növləri (Çinar, Eldar şamı, Zeytun, Oleyandr), 10000 ədəd isə dekorativ güllər və
çiçəklərin əkilməsi nəzərdə tutulmuşdur.
Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin
mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi,
rayonun ekoloji tarazlığının qorunması, insanlar arasında ekoloji mədəniyyətin və
təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.
Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,YAP Nəsimi
rayon təşkilatının sədri, rayonun idarə, müəssisə rəhbərləri və rayon
ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tərtib olunmuş tədbirlər planına əsasən ağacəkmə aksiyası çərçivəsində
Nəsimi rayonu Bakıxanov küçəsində 200 ədəd ağac və 2000 ədəd dekorativ güllər
və çiçəklər əkilmişdir. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam
etdiriləcəkdir.

Dia-az.Media

Geri qayıt