Əsas Səhifə > Güney Press > Gələn ildən İranla sərhəddəki keçid məntəqəsinə nəzarət Ermənistana keçəcək
Gələn ildən İranla sərhəddəki keçid məntəqəsinə nəzarət Ermənistana keçəcəkBu gün, 15:54 |
Ermənistan sərhədçiləri 2025-ci il yanvarın 1-dən İranla sərhəddəki keçid məntəqəsində xidməti tam şəkildə öz üzərinə götürəcəklər. “Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının iclasının keçirildiyi İstanbulda deyib. Nazir sərhəd təhlükəsizliyinin təmin edilməsində uzun illər göstərdiyi köməyə və Ermənistan-İran sərhədinin keçid məntəqəsində xidmətə görə Rusiya tərəfinə təşəkkür edib. Geri qayıt |