Əsas Səhifə > Güney Press > İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar

İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar


Bu gün, 13:17
İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar
Bəzən mediada, sosial platformalarda cərimələrin həcmini çox artırdığımız üçün müəyyən narahatlıqlar yaranırdı. Minimum əməkhaqqı ilə müqayisədə bu məbləğin çox olduğu deyilirdi. Lakin İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunla bağlı belə iradlar səsləndirilmədi.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Bir sıra qanunlarda dəyişikliklərin aparılmasını təklif edirəm. Maddə 266-da Tullantılar haqqında qanunvericiliyin pozulmasına diqqət yetirməliyik. Burada müəyyən dəyişikliklər aparılmalıdır. Çünki bir çox ərazilərdə tullantı qabları olduqca azdır və insanlar əllərindəki zibilləri atmağa yer tapmırlar. Fikrimcə, əsas yerlərdə bir neçə tullantı qabları yerləşdirilməlidir. Bununla bağlı icra orqanlarının, bələdiyyələrin məsuliyyəti artırılmalıdır.

Mayelərin atılması məsələsinə də diqqət yetirilməlidir. Zibil daşıyan adam butulkadakı suyu yerə boşaltdı deyə məsuliyyətə cəlb olunması hansı məntiqə uyğundur? Burada düzəliş edilərək zərərli mayelər ifadəsi yazılmalıdır. Texniki yağ, benzin, dizel və s. bu kimi zərərli maddələrə daxildir.

Geri qayıt