Əsas Səhifə > Güney Press > Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi

Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi


Bu gün, 13:08
Sabiq deputata məxsus olduğu bildirilən şirkət cərimələndi
“Karmen” MMC təhlükə potensiallı obyektləri dövlət reyestrində qeydiyyatdan keçirmədiyinə görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 276-1-ci (Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Karmen” MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 43 138 manat olan şirkətin qanuni təmsilçisi Xəlilov İlham Şəmil oğludur. Un istehsalı ilə məşğul olan “Karmen” MMC Milli Məclisin IV çağırış deputatı Əsabil Qasımova məxsus olduğu bildirilən “Karat Holding”ə daxildir.

Geri qayıt