Əsas Səhifə > Güney Press > "Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq"

"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq"


Bu gün, 12:21
"Böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq"
"18 Oktyabr Azərbaycan tarixinə "müstəqilliyin bərpası günü" olaraq düşmüşdür. 20-ci əsrin əvvəllərində, 1918-ci ildə ilk dəfə müstəqilliyini elan etmiş Azərbaycan cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa etmiş respublikanın, özünü cümhuriyyətin varisi elan etməsi, doğru addım oldu".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, müstəqillik tarixini təhlil etdikdə görürük ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, ikinci respublikanın taleyi birincinin kimi olacaqdı:

"Tez-tez baş verən dövlət çevrilişləri, terror və təxribatlar xalqın inamını sarsıtmış, cəmiyyətdə xaotik vəziyyət yaratmışdı. Şükürlər olsun ki, bütün bunlar Ulu Öndərin dərin biliyi, dövlətçilik təcrübəsi, vətən, xalq sevgisi nəticəsində güclü, ərazi bütövlüyünü təmin etmiş, hərtərəfli inkişaf etmiş Azərbaycan dövləti quruldu. Biz xalq olaraq, tarixin reallıqlarından düzgün nəticə çıxarmalı, böyük zəhmət hesabına əldə olunmuş nailiyyətlərimizi qorumalıyıq. Əks halda, tarix təkrar olunur və düzgün nəticə çıxarmadıqda ağır şəkildə cəzalandırır. Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edirəm".


Geri qayıt