Əsas Səhifə > Güney Press > “Unibank” şikayətçinin kart problemini həll edə bilmir

“Unibank” şikayətçinin kart problemini həll edə bilmir


Bu gün, 14:02
“Unibank” şikayətçinin kart problemini həll edə bilmir
“Unibank” 2 həftədir vətəndaşın kart problemini həll edə bilmir.

Tribunainfo.az xəbər verir ki, bu barədə problemlə üzləşən şikayətçi Baxış İsmayılov sosial şəbəkə hesabında yazıb. O bildirib ki, dəfələrlə müraciətinə baxmayaraq problemi həllini tapmır:

“İki həftə əvvəl mənim xarici ölkəyə məxsus olan bank kartım “Unibank”ın bankomatında qaldı. İki həftədir bu bank məni get-gələ salıb, kartı mənə vermir. Ərizə də yazmışam, hər gün filiala da gedirəm, xeyri yoxdur. Bu bankı harasa şikayət edib prosesi tezləşdirmək olur? Bu ayın sonu artıq xaricə qayıtmalıyam, amma “Unubank”a görə nə bilet ala bilirəm, nə də üstümdə AZN valyutası qalıb”.

“Unibank” şikayətçinin kart problemini həll edə bilmir

Qeyd edək ki, “Unibank”ay ərzində məhkəmələrdə ən çox çəkişməsi olan banbkdır. Bir ay ərzində məhkəmələrdə bankla bağlı 1000-dən (min) çox işə baxılır. Bu işlərin bəziləri banka qarşı qaldırılmış iddialar olsa da, bir çox iş isə bankın kredit geckməsi olanlara qarşı qaldırdığı iddialardır. “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov, İdarə Heyətinin sədri isə Fərid Abuşovdur.

“Unibank” şikayətçinin kart problemini həll edə bilmir

Geri qayıt