Əsas Səhifə > Güney Press > AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu

AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu


Bu gün, 12:04
AFFA “Lerik” klubuna görə tənqid hədəfi oldu
Azərbaycan II Liqasında çıxış edən “Lerik” klubu maliyyə problemi olduğuna görə “Şəfa” ilə dünən baş tutmalı oyun üçün Bakıya gələ bilməyib. Region komandasının durumu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) qınayıb ki, niyə “Lerik”in çətin durumdan xilası üçün tədbir görməyib.

Modern.az mövzu ilə bağlı AFFA ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, II Liqa klublarına dəstək məqsədilə hər birinə AFFA tərəfindən 50 min manat pul ayrılır:

“Bu məbləğ II Liqada çıxış etmək üçün verilir. Amma klublar da yalnız bu dəstəklə kifayətlənməməlidir. Özləri də sponsorların cəlb olunması üçün işlər aparmalıdırlar. Komandalar sırf AFFA-nın ayırdığı vəsaitə köklənməli deyillər”.

Verilən məlumata görə, Lerik" klubu maliyyə problemi ilə əlaqədar olaraq təqvim oyununa gələ bilməyəcəyini Peşəkar Futbol Liqasına rəsmi müraciət ilə bildirib:

“Prosedura uyğun olaraq əlaqədar komitələr və "Lerik" klubunun cari turdakı rəqibi bununla bağlı məlumatlandırıb. Qaydalara uyğun olaraq oyun rəsmiləri, "Şəfa" klubu matçın təyin olunduğu vaxtda stadionda olublar. Prosedur olaraq oyunun təyin olunan vaxtdan sonra 30 dəqiqə müddət gözlənilib və daha sonra görüşün baş tutmaması bütün rəsmi şəxslərin protokolunda öz əksini tapıb. Məsələyə AFFA İntizam Komitəsində baxılacaq".

Geri qayıt