Əsas Səhifə > Güney Press > Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib

Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib


Bu gün, 10:26
Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
Ermənistanın baş naziri Nikol Paşinyan Aram Civanyanı Hərbi-Sənaye Komitəsinin rəhbəri təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib.

Hərbi-Sənaye Komitəsinin yeni rəhbəri texnika elmləri namizədidir və innovasiyaların inkişafı üzrə "Gituj" təşəbbüsünün yaradıcısıdır.

Qeyd edək ki, ölkənin müdafiə sahəsi üçün əsas struktur sayılan məlum komitədə rəhbər vəzifəsi 4 aya yaxın idi ki, boş idi. Komitənin əvvəlki rəhbəri Artyom Mehrabyan may ayında bu vəzifədən uzaqlaşdırılıb. O, 2022-ci ildən hərbi-sənayeyə cavabdeh olub.

Geri qayıt