Əsas Səhifə > Güney Press > Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu

Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu


Bu gün, 09:45
Xalid Meşal HƏMAS-ın yeni rəhbəri oldu
Fələstinin HƏMAS hərəkatının xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal İsrail ordusunun HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarı öldürməsindən sonra təşkilatın rəhbəri olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın LBCI xəbər portalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələr təsdiq ediblər ki, Xalid Meşal hərəkatın rəhbəri vəzifəsini icra edir və hazırda girovlarla bağlı danışıqlarda iştirak edən əsas tərəflərlə bütün əlaqələrə cavabdehdir.
Mənbələr həmçinin qeyd ediblər ki, HƏMAS rəhbərliyi Sinvarın Tel əl-Sultan əməliyyatı nəticəsində həlak olması barədə Türkiyə, Qətər və Misir rəsmilərini məlumatlandırıb və onun öldürülməsindən sonra əsirlərin dəyişdirilməsi və müharibənin dayandırılması ilə bağlı danışıqların getdikcə çətinləşəcəyini vurğulayıb”, - portal qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Xalid Meşal 1996-2017-ci illərdə HƏMAS Siyasi Bürosuna rəhbərlik edib.
Xatırladaq ki, 2024-cü ilin sentyabrında mediada Yəhya Sinvarın öldürülməsi barədə məlumat çıxıb, lakin sonra təkzib edilib. Oktyabrın 17-də axşam saatlarında Sinvarın aradan qaldırılması üçün təkrar əməliyyat həyata keçirilib və bunun İsrail tərəfi üçün uğurlu olduğu üzə çıxıb. Yəhya Sinvarın öldürülməsi biometrik testlə təsdiqlənib.

Geri qayıt