Əsas Səhifə > Güney Press > Azərbaycanda Tiktok bağlanır?

Azərbaycanda Tiktok bağlanır?


Dünən, 17:50
Azərbaycanda Tiktok bağlanır?
Son zamanlar instagramda "daha əxlaqlı gələcək üçün Tiktok bağlansın" şüarlı paylaşımlar edilir. Bəzi məşhurlar da bu fikri dəstəkləyir. Bəs görəsən Azərbaycanda Tiktok bağlana bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elekteon Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydınxan Əbilov bildirib ki, Tiktokun bağlanması inkişafa səbəb olmayacaq:

"Sosial şəbəkələrin inkişafı hər dəfə bizə yeni platformalar gətirir. Həmin platformalardan biri də Çinin əlində olan Tiktokdur. Tiktok özündən əvvəlki bütün platformaların ən yaxşı funksiyalarını özündə birləşdirən və daha gənc nəslin nümayəndələrinə ünvanlanmış daha çevik, unikal resursları olan platformadır. Onu bağlayaq, imtina edək deyənlərin özünün düşüncəsində problem var. Deməli siz özünüz uyğun olmayan şeylərə baxmısız və süni zəkada ana səhifənizə hər dəfə eyni motivli şeyləri çıxarır. Biz əksinə tiktok və digər platformaların anadilli resurslarının inkişafı ilə bağlı proqramlar həyata keçirməliyik. Biz istənilən sosial şəbəkəni bağlaya bilərik, amma sonra həmin şəbəkənin yaratmış olduğu ictimai, sosial, psixoloji boşluğu doldurmaq üçün özümüz nəsə edə bilməyəcəyik. Azərbaycanda keçmişdə milli sosial şəbəkə yaratmaq istəyirdilər. Bunun üçün milyonlarla pul ayrıldı, amma həmin pul yeyildi, dağıdıldı və heç bir nəticə olmadı. İndi tiktokda bir çox səhifələrdə filterlər var - resursların yerləşdiriməsi, Tiktokda nə qədər vaxtın itirilməsi ilə bağlı da məhdudiyyətlər var. Bu baxımdan Tiktoku bağlamaq yox həmin filterlərdən istifadə etmək olar. Tiktokun bağlanması inkişafa səbəb olmayacaq. Çünki hətta bağlansa belə insanlar VPN vasitəsi ilə ora daxil olacaqlar. Tiktok 10 yaşından 35-40 yaşa qədər insanın istifadə etdiyi bir platformadır. Biz bu qədər insanın hər gün vaxt keçirdiyi platformanı bağlamaqdansa, həmin platformaya nəzarəti gücləndirməliyik".

Geri qayıt