Əsas Səhifə > Güney Press > "Rusiya ilə toqquşmaq istəməyən Qərb...

"Rusiya ilə toqquşmaq istəməyən Qərb...


Dünən, 16:41
"Rusiya ilə toqquşmaq istəməyən Qərb...
"Ukraynanın NATO-ya daxil olması alyansla Rusiya arasında birbaşa qarşıdurma və üçüncü dünya müharibəsi demək olacaq". Bu sözləri Macarıstanın Xarici İşlər Nazir Peter Siyarto deyib. Nazirin sözlərinə görə, Macarıstan qlobal münaqişədən yan keçmək istəyir, ona görə də Ukraynanın alyansa qoşulması məsələsi rəsmi Budapeştin gündəliyində deyil.
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın NATO-ya qəbul olması, NATO standartlarına ziddir: “Ukrayna münaqişəli bölgədir və münaqişəli bölgənin NATO-ya daxil olması qadağandır. Digər tərəfdən, indi Rusiya ilə Ukrayna arasında aktiv müharibə gedir. Ukraynanın NATO-ya daxil olması, faktiki olaraq müharibəni Rusiya-NATO müharibəsinə çevirməkdir. Çünki alyans üzvünə qarşı müharibə varsa, digər üzvlər o müharibədə iştirak etməlidirlər. Yəni NATO-nun 5-ci maddəsinə görə, birlikdə döyüşməlidirlər. Ukraynaya qarşı müharibə olanda NATO döyüşməyəcəksə, o zaman NATO-ya daxil olmağın mənası nədir?! Əgər belə bir şey olacaqsa, o zaman Rusiya ilə NATO arasında müharibə olacaq. Aydın məsələdir ki, NATO bunu istəməyəcək. Bu səbəbdən də, burada Qərbin mövqeyi anlaşılandır. Qərbin Ukraynaya verdiyi dəstək daha çox silah yardımı, maliyyə yardımı və hərbi yardım, hətta əsgər yardımı ola bilər. Amma açıq şəkildə bunu Rusiya-NATO müharibəsinə çevirəcəklərini düşünmürəm. Buna görə də, Qərbin "söz sahibləri", xüsusilə Macarıstan və Slovakiya üzərindən bu cür açıqlamalar verir deyə düşünürəm”-deyən politoloq hesab edir ki, bu açıqlama, təkcə Macarıstan və Slovakiya öz niyyətində deyil, eyni zamanda NATO-nun və ABŞ-ın niyyətindədir ki, onlar bu ölkələr üzərindən Ukraynanın Alyansa qəbul ola bilməyəcəyini bildirirlər.

Turab Rzayev qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü o halda ola bilər ki, Rusiya ilə bir atəşkəs və ya sülh formatında bir razılaşma imzalana bilər: “Bu razılaşmanın nəticəsinə görə, Rusiya və Ukraynanın hansı şəkildə bölünməsi və ya Ukraynanın ərazi bütövlüyünün hansısa şəkildə təmin olunması baş tutarsa, o zaman NATO-ya daxil olmasına icazə verilə bilər. Əks halda, Ukrayna üçün NATO-ya üzvlük yolu görünmür”.

Geri qayıt