Əsas Səhifə > Güney Press > Dönər yox, xəstəlik satan dönərxanalar bağlanmalıdır?

Dönər yox, xəstəlik satan dönərxanalar bağlanmalıdır?


Dünən, 15:58
Dönər yox, xəstəlik satan dönərxanalar bağlanmalıdır?
Bugünlərdə Tovuz rayonunda kütləvi zəhərlənmə olub.

Rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir. Ümumiyyətlə, dönərxanalarda zəhərlənmə halları hər zaman olub və son zaman daha da artıb.

Bunun qarşısını birdəfəlik necə almaq olar? Dönərxanalar bağlanmalıdırmı?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov "Cebheinfo.az"- a açıqlamasında bildirib ki, dönərxanalar böyük problemə çevirilib:

"Dönərxanalardakı zəhərlənmənin səbəbi təkcə ət deyil, oradakı gigiyenik vəziyyətin pis olması, yararlılıq müddəti keçən mayonezlərdən və digər inqridientlərdən istifadə, bu gündən sabaha saxlanılan çörək zəhərlənmələrin başlıca səbəbidir. Dönərxanalara xammal verən istənilən müəssisə Qida Təhlükəsizliyi Agentliyində guya reyestrə daxil olub, xammal əladır. Bundan öncə Zaqatalada dönərdən zəhərlənmə qeydə alınmışdı, amma Qida Təhlükəsizliyi Agentliyi bildirdi ki, yalnız bir dönərxanada zəhərlənmə olub. Bu hallara son qoyulmalıdır”.

E.Hüseynov bildirib ki, ölkədə istehlakçı siyasəti yox səviyyəsindədir:

“Ona görə də belə hallar baş verir. Bu səbəbdən də biz apteklərdə, klinikalarda növbəyə duran istehlakçılarıq".

Geri qayıt