Əsas Səhifə > Güney Press > Son 10 ildə Azərbaycanda qoyun və keçilərin sayı kəskin azalıb
Son 10 ildə Azərbaycanda qoyun və keçilərin sayı kəskin azalıb16-10-2024, 11:25 |
![]() Bu ilin oktyabr ayına olan məlumata görə Azərbaycanda 7 milyon 5,7 min baş qoyun və keçi olub. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 3% və ya 217,5 min baş azalıb. Belə ki, 2023-cü ilin oktyabr ayında ölkədə 7 milyon 223,2 min baş qoyun və keçi olub. Son 10 ilin oktyabr aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub: - 2015-ci il oktyabr ayında - 8 milyon 743,4 min baş - 2016-cı il oktyabr ayında - 8 milyon 740,7 min baş - 2017-ci il oktyabr ayında - 8 milyon 667,3 min baş - 2018-ci il oktyabr ayında - 8 milyon 549,4 min baş - 2019-cu il oktyabr ayında - 8 milyon 451,9 min baş - 2020-ci il oktyabr ayında - 8 milyon 308,6 min baş - 2021-ci il oktyabr ayında - 8 milyon 197,3 min baş - 2022-ci il oktyabr ayında - 7 milyon 928,4 min baş - 2023-cü il oktyabr ayında - 7 milyon 223,2 min baş - 2024-cü il oktyabr ayında - 7 milyon 5,7 min baş Geri qayıt |