Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sürpriz mahiyyətli əfv fərmanı verilə bilər - Hakimiyyət içində bu qərarın ertələnməsinə çalışanlar var

Sürpriz mahiyyətli əfv fərmanı verilə bilər - Hakimiyyət içində bu qərarın ertələnməsinə çalışanlar var


8-04-2014, 14:53
Sürpriz mahiyyətli əfv fərmanı verilə bilər - Hakimiyyət içində bu qərarın ertələnməsinə çalışanlar var
DİA.AZ: - Bu il 10 May – Gül Bayramı – mərhum prezident Heydər Əliyevin doğum günü ərəfəsində əfv fərmanının veriləcəyi gözlənilsə də, bir çox hüquq-müdafiəçilərinin pessimist açıqlamaları belə bir addımın atılmayacağı təəssüratını yaratmaqdadır. Əlsində Novruz Bayramı ərəfəsində əfv fərmanının veriləcəyi deyilirdi, amma sonradan bu addımın atılmasının 10 May tarixinə qədər ertələndiyi bildirildi.

Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki mənbə isə iddia edir ki, əfv fərmanının verilib-verilməməsilə bağlı yekun qərar yenə də prezidentin səlahiyyətindədir: «Necə ki, son siyahı da prezidentin qələmi ilə təsdiqlənir, eləcə də prezident əfv fərmanının verilib-verilməyəcəyinə qərar verir. Amma tədarük var və bu səbəbdən fərmanın imzalanmayacağı haqda deyilənləri qəti hökm kimi qəbul etmək olmaz».

Mənbəmiz onu da bildirdi ki, bu əfv fərmanı ilə bir çox sürpriz isimlərin azadlığa çıxması gözləniləndir: «Təbii ki, hakimiyyət içində prezidentin vətəndaşlara hər hansı sıcaq jest niyyətini süngüylə qarşılayanlar var. Amma həmin qüvvələr artıq əvvəlki qüdrətlərini itirdiklərindən Gül Bayramı ərəfəsində verilməsi gözlənilən əfv fərmanının sürpriz mahiyyəti mütləq müşahidə olunacaq».

Geri qayıt