Əsas Səhifə > Güney Press / Ana xəbər > 6 aylıq azərbaycanlı körpədən В«canlı bombaВ» hazırladılar
6 aylıq azərbaycanlı körpədən В«canlı bombaВ» hazırladılar8-04-2014, 14:43 |
![]() Xəbər verdiyimiz kimi, Suriyada Novruz Bayramı ərəfəsində keçirilən əməliyyatlar zamanı 15-ə yaxın azərbaycanlı öldürülüb. JAM.AZ həmin döyüşçülərin ailələrinə istinadən xəbər verir ki, artıq dünyasını dəyişmiş şəxslərin nəşlərinin fotoları və videogörüntüləri ailə üzvlərinə çatdırılıb. Gələn məlumatlara görə, valideynləri ərləri ilə birlikdə Suriyaya getmiş gəlinləri və nəvələrini geri gətirmək üçün yola çıxıblar. Lakin cəhdləri uğursuz alınıb. JAM.AZ-a verilən məlumata görə, qadınlar ərlərinin qohumlarına çatdırıblar ki, əziyyət çəkib döyüş gedən ərazilərə gəlməsinlər. Çünki onlar da son döyüşlərinə hazırlaşırlar. Məlumatın ən dəhşətli tərəfi odur ki, həmin qadınlar bellərinə partlayıcı qurğu bağladıqlarını və cənnətə getmək üçün əmr gözlədiklərini deyiblər. Üstəlik, onlarla birlikdə Suriyaya getmiş körpələri də özlərinin iyrənc ideoloji baxışlarına qurban verməyə başlayıblar. Belə ki, bədəninə partlayıcı qurğu bağlanmış uşaqlardan birinin 6 aylıq körpə olduğu deyilir. Ondan da В«canlı bombaВ» kimi istifadə ediləcəyi deyilir. Geri qayıt |