Əsas Səhifə > Güney Press, Partiya > "Danışmaq üçün dilimiz uzun olsun deyə..."

"Danışmaq üçün dilimiz uzun olsun deyə..."


16-10-2024, 02:16
"Danışmaq üçün dilimiz uzun olsun deyə..."
Polşada “Forum-2000” tədbirində iştirak edən ReAL sədri, iqtisadçı ekspert Natiq Cəfərli diqqətçəkən açıqlama yayıb.

Sitat.info xəbər verir ki, partiya sədri Bakıda istintaqı davam etdirilən Qarabağ separatçı-terrorçularının “siyasi məhbus” hesab edilməsinin yolverilməzliyi ilə bağlı avropalılarla müzakirə apardığını yazıb.

“Tədbirdə bir neçə avropalı ilə bu mövzuda danışdım - özü də Ukrayna timsalında izah etdim (Ukrayna deyəndə, anlamağa başlayırlar). Dedim ki, Ukrayna separatçı bölgələrdə “hakimiyyətdə” təmsil olunanlara haqlı olaraq “kollabarant” deyir, onları legitim hədəf sayır, istənilən üsulla məhv edir, həbs edir - onlara nəsə deyirsinizmi?! Yox, demirsiz, çünki Ukrayna haqlıdır, separatçıların, qan tökənlərin həbsi də, məhv edilməsi də legitim addımdlr. Azərbaycan eyni addım atır-atıb, separatçıları həbs edib, indi bu məsələdə biz haqlıyıq, ya yox?! Hələ biz humanistik, ancaq həbs etmişik, Ukrayna daha sərt davranır. Bir xeyli söhbətdən sonra onların fikrini dəyişə bildik - deməli, danışmaq, izah etmək lazımdır. Danışmaq üçün dilimiz uzun olsun deyə, siyasi məhbus məsələsini həll etməliyik...”.

N.Cəfərli bu məsələdi bütün partiyaların, qeyri-hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin birgə addımlar atmasını, bu mövzuda Avropa təşkilatlarına müraciətlər olunmasını, separatçı-terrorçularla azərbaycanlı məhbusların bir tutulmasının yolverilməzliyinin izah edilməsinin vacibliyini də vurğulayıb.
Geri qayıt