Əsas Səhifə > Güney Press > Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub15-10-2024, 12:21 |
Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən Ceyhun Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hökm elan olunub. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən Ceyhun Məmmədov 10 il müddətində azadlıqdan məhrum edilib. Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun kartında olan 8 min manatı öz kartına köçürüb. Bundan başqa, nağd pul və digər əşyaları götürərək evdən qaçıb. Ceyhun Məmmədov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb. Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Universitetinin professoru, "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin sədridir. Geri qayıt |