Əsas Səhifə > Güney Press > Bakıda olduğu deyilirdi…
Bakıda olduğu deyilirdi…15-10-2024, 11:43 |
ABŞ İsrailə hava hücumundan müdafiə batareyası və əsgərlər göndərəcək. Vaşinqton indiyə kimi İsrail-İran gərginliyi fonunda təmkinini saxlayırdı. Hətta bəzi hallarda İsraili İrana hücumdan çəkindirirdi, indi isə dəstəyini artırır. Politoloq Əlimusa İbrahimov Globalinfo.az-a deyib ki, Amerika Birləşmiş Ştatları İsrailə yeni raketdən müdafiə sistemləri – THAAD batareyası verməyi qərara alıb: “Məqsəd İsraili İranın raket və dronlarından qorumaqdır. ABŞ-ın bu addımı İsrailin hazırda malik olduğu və hətta Amerika Birləşmiş Ştatları ilə birlikdə hazırladığı raketdən müdafiə sistemlərinin ölkəni yetərincə qorumadığını göstərir. Deməli, “Dəmir qübbə”, “Davud sapandı”, “Hetz” İranla qarşıdurmada tam effektli deyil. Bu fakt gələcəkdə İsrailə ciddi problemlər yaradacaq. Çünki İsrailin raketdən müdafiə sistemləri son müharibəyə qədər ən inkişaf etdirilmiş sistemlər hesab olunurdu və Təl-Əviv bu sistemləri digər ölkələrə satmaqdan çəkinirdi. Bəs THAAD İsraili İran hücumundan qorumaq üçün tələb olunan keyfiyyətə cavab verəcəkmi? Bu sualın cavabını biz İranın İsrailə növbəti hücumu zamanı – əgər baş verəcəksə – öyrənə biləcəyik. Şübhəsiz, İran növbəti dəfə hücum edərsə, THAAD-ın özəlliklərini nəzərə alacaq. Amma bu da uğursuz alınarsa, ABŞ silah sənayesinin zəifliyi anlamına gəlməyəcəkmi?” Politoloq qeyd edib ki, THAAD raketdənmüdafiə sistemi ABŞ-ın arsenalında olan bu tipli silahlardan ən bahalısı hesab olunur: “Bir batareyanın qiyməti orta hesabla 1 milyard, istifadə olunan 1 raketin qiyməti isə 250 milyon dollar qiymətləndirilir. Buradan çıxış edərək İranın hər bir hücumunun İsrail üçün neçəyə başa gəldiyini təxmin etmək olar”. Qeyd edək ki, rəsmən açıqlanmasa da, İsrailin “Dəmir qübbə” sistemlərini Bakıya verdiyi iddia edilir. Geri qayıt |