Əsas Səhifə > Güney Press > Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq


15-10-2024, 11:36
Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq
Şuşa şəhərinin xarici su təchizatı və kanalizasiya sisteminin qurulması işlərinə başlanılır.

Bu barədə İqtisadiyyat.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.

Eyni zamanda, bərpa işləri çərçivəsində rayonun Turşsu qəsəbəsinin xarici su təchizatı və kanalizasiya sistemi də qurulacaq.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti su təchizatı və kanalizasiya sistemlərinin qurulması işlərini “Protean Construction” ASC-yə həvalə edib və şirkətlə dəyəri 33 226 000 manat olan iki müqavilə bağlayıb.

Geri qayıt