Əsas Səhifə > Güney Press > Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib
Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib15-10-2024, 10:48 |
Azərbaycan Mərkəzi Bankı "Ziraat Bank Azərbaycan" ASC-yə və "Gatevay Management Azərbaycan" MMC-yə sığorta agenti fəaliyyəti üçün lisenziyalar verib. Beləliklə, Azərbaycanda sığorta agenti kimi fəaliyyət göstərən hüquqi şəxslərin sayı 55-ə çatıb. Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. "Gatevay Management Azərbaycan" isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Geri qayıt |